“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


13.07.2017  14:49 

“Hacı Mazan” Cavanşir Paşazadənin ortağına ağır cəza istədi





A+  A-

Bakı Apellyasiya Məhkəməsində mənimsəmə, dələduzluq və vergidən yayınmaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Müğdət Həşimovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Mirpaşa Hüseynovun icraatında olan prosesdə zərərçəkmiş “hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov da M.Həşimova daha ağır cəza verilməsini istəyib.

M.Həşimovun vəkili Elçin Sadıqov vəsatətə verərək deputat Cavanşir Paşazadənin dindirilməsini istəyib.

Vəsatət təmin edilməyib.

“Hacı Mazan”ın vəkili isə deyib ki, M.Həşimova 20 il də cəza verilə bilərdi.

Təqsirləndirilən M.Həşimov isə belə cavab verib: “Mülki işi bu həddə çatdırıblar, yenə də əl çəkmirlər. Əməlli-başlı şou düzəldiblər. 20 il verin. Mənim də bu komediyadan canım qurtarsın”.

E.Sadıqov isə çıxış üçün məhkəmədən vaxt istəyib. Proses iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, M.Həşimov millət vəkili Cavanşir Paşazadənin biznes ortağı olub.

Müğdət Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Şərtlərinə görə, M.Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub. Klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olaraq, fəaliyyətə başlayıb. Bu iş üzrə “hacı Mazan” ləqəbli iş adamı Ramazan Zeynalov zərərçəkmiş şəxs kimi tanınıb.

M.Həşimov “Medi-Sina” klinikasına avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitdən 193 min manatın mənimsənilməsində ittiham olunur.

Xəbər 2101 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +