“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


24.04.2017  18:41 

Bakı ticarət festivalında 6,3 milyon manatlıq mal alınıb





A+  A-

Ticarət festivalının başlanmasından ötən iki həftə ərzində, yəni aprel 10-23 tarixlərində ticarət festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, təsdiqlənmiş hesab fakturaların 7397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.

Həmin hesab-fakturalar üzrə ümumi dövriyyə məbləği (alınmış malların ümumi məbləği) 6 milyon 313,2 min manat, alıcılara qaytarılmalı məbləğ isə 612,97 min manat təşkil edib. Bu məbləğin 595 min manatı malın alındığı gün alıcıya nəğd qaydada qaytarılıb.

Sözügedən dövr ərzində mal alarkən ticarət festivalını deyil, “Tax free” sistemini seçmiş əcnəbilərə ümumi məbləği 829,97 min manat olan 449 elektron vergi hesab fakturası təqdim olunub, başqa sözlə, həmin dövr ərzində əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 milyon 211,1 manat olan 954 elektron vergi hesab fakturası verilib.

Xəbər 1652 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +