Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


07.04.2017  21:56 

Ukrayna azərbaycanlıları dövlət qurumlarına müraciət etdi





A+  A-

Ukraynada yaşayan azərbaycanlılar son zamanlar azərbaycanlı iş adamlarına və Azərbaycan şirkətlərinə məxsus yük dolu maşınların bu ölkədə ard-arda oğurlanması ilə bağlı Baş Prokurorluq, Milli Polis və Təhlüksəzilik Xidmətinin rəhbərliyinə müraciət ünvanlayıblar.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporundan (UABD) verilən məlumata görə, məktubda artıq intensiv xarakter alan bu halın qarşısının alınması, oğurlanan ağır tonnajlı və yüksək maddi dəyərə malik yük maşınlarının tapılması tələb olunub.
Müraciətdə son günlər Ukraynada baş verən iqtisadi islahatlar, xarici investorların ölkəyə cəlb edilməsi üçün cəhdlər, o cümlədən Azərbaycanla birgə ticarət palatasının yaradılması təşəbbüsləri fonunda baş verən bu oğurluqların arzuolunmaz nəticələrə gətirib çıxarma təhlükəsi də xatırladılıb. Həmçinin son zamanlar azərbaycanlılara qarşı artan cinayət hadisələri ilə yanaşı, iş adamlarının əmlaklarına qarşı da təcavüzün vüsət almasından olduqca ciddi narahatlıq ifadə olunub.
Məktuba UABD rəhbəri Hikmət Cavadov başda olmaqla, təşkilatın bütün vilayətlər üzrə rəhbərləri, o cümlədən bir sıra vilayətlərin azərbaycanlılar konqresinin rəhbərləri də qoşulublar.
Qeyd edək ki, son günlər Ukraynada Azərbaycanın “Azərsun Holding”, “Veysəloğlu”, “Dapna LTD” və digər şirkətlərinə məxsus, vasitəçilikdə öhdəçiliyi də azərbaycanlı iş adamları olan yüklərin olduğu 18-dək ağır tonnajlı maşınlar naməlum şəxslər tərəfindən oğurlanıb. Yük maşınlarının hər birinin maddi dəyərinin 200-300 min ABŞ dolları olduğu bildirilib. Zərərçəkənlər arasında Ukrayna İvano-Frankovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri, iş adamı Mətləb Nəcəfov da var. Yerli hüquq-mühafizə orqanları hadisə ilə bağlı xeyli vaxt keçməsinə baxmayaraq heç bir ölçü götürməyib. (report)

Xəbər 1720 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +