Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


16.02.2018  14:53 

Hökumət sürüşmə ilə bağlı qərar verdi





A+  A-

Bayıl yamacında sürüşmə ilə bağlı Nazirlər Kabineti müvafiq sərəncam hazırlayıb.
XəzərNews.az-ın əldə etdiyi məlumata görə, sərəncama əsasən Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailənin 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqlarının ödənilməsi məqsədilə 2018- ci ilin dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.

Bu vəsaitin bank vasitəsilə həmin ailələrə ödənilməsinin təmin edilməsi rayon icra hakimiyyətinə tapşırılıb. Eyni zamanda 10 fevral 2018- ci il tarixdə sürüşmə ərazisində dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğinin 10 gün ərzində Fövqəladə Hallar Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunması tapşırılıb.

Qeyd edək ki, icra hakimiyyəti tərəfindən sürüşmə ərazisindəki 98 evin sənədləri, onların ölçüləri araşdırılaraq müvafiq siyahı artıq hazırlanıb.

Xəbər 1672 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +