Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.02.2018  20:28 

Artırılmış pensiyaların veriləcəyi tarix açıqlandı





A+  A-

Hazırda pensiyalara edilmiş artımlarla bağlı müvafiq dəqiqləşdirmələr aparılır. Fevral ayının 13-dək bu işlərin yekunlaşdırılması və fevral ayının 14-dən etibarən fevral ayı üzrə pensiyaların maliyələşdirilməsinə başlanması nəzərdə tutulur.
XəzərNews.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavabında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib:

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

Yanvar ayı üzrə pensiyalara edilmiş artım fevral ayının pensiyası ilə birgə ödəniləcək. Yəni pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar”.

Xəbər 1445 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +