Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.02.2018  15:52 

Azərbaycanda 11 miqrant saxlanıldı





A+  A-

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçi­ril­miş tədbirlər za­ma­nı 7 nə­fər Nepal, 3 nəfər Hindistan və 1 Şri Lanka və­­tən­da­şı sax­­­la­nılıb.
Dövlət Miqrasiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı Hindistanda fəaliyyət göstərən Deepak adlı şəxsin Ukrayna və­tən­da­şı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil et­diyi məlum olub.

Belə ki, 3 nəfər Hindistan və 1 nəfər Şri Lanka vətəndaşının Avropaya getmək məqsədi ilə Deepaka müraciət etdiyi və onun həmin şəxslərin Azərbaycana göndərilməsini təşkil et­di­yi aşkarlanıb.

Deepakın respublikamızda əcnəbilərə müvəqqəti yaşama icazəsi alınması üçün Vladislav Kobil ilə əlaqəyə girdiyi və sonradan onları Avropa ölkələrinə gön­də­ri­lə­cək­ləri vədi ilə aldadaraq külli miqdarda və­sait­lə­rini mənimsədiyi məlum olub.

Eyni zamanda Deepakın 7 nəfər Nepal vətəndaşını da Azərbaycanda işlə tə­min ediləcəkləri vədi ilə aldadaraq külli miqdarda ödəniş qarşılığında Azərbaycana gön­­dər­di­yi müəyyən edilib.

Görülmüş tədbirlər nəticəsində əcnəbilərin Azərbaycana gətirilərək qanunsuz miqranta çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Xəbər 1281 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +