Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


12.02.2018  14:49 

Magistraturaya sənəd qəbulu başa çatır





A+  A-

Magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün sənəd qəbulu bu gün başa çatır.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.
Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 12 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Elektron ərizələrini DİM-də təsdiq etdirməli olan digər bakalavrlar isə tələb olunan sənədləri saat 17:00-dək Mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Xəbər 1415 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +