Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.02.2018  16:19 

Zakir Həsənov hərbi andiçmə mərasimində iştirak edib





A+  A-

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
XəzərNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti N nömrəli hərbi hissədə təşkil olunan tədbirdə iştirak edib.

Şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə müdafiə nazirinə məruzə olunduqdan sonra hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, şəxsi heyət Dövlət himnini ifa edib və tədbir açıq elan olunub. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul etdikdən sonra Z. Həsənov Azərbaycan Ordusunda yeni xidmətə başlayan şəxsi heyəti bu gün münasibətilə təbrik edib və tövsiyələrini çatdırıb.

Nazir qeyd edib ki, bu andan etibarən onlar da Azərbaycan Ordusunun əsgərləridir və Vətənə, dövlətə, Ali Baş Komandana, hərbi anda sadiq olaraq bütün şəxsi heyət kimi Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə hər an hazır olmalıdırlar.

Mərasim bayram naharı və konsert proqramı ilə davam edib.

Xəbər 1536 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +