Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


10.02.2018  11:35 

Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ





A+  A-

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Kollegiyadan XəzərNews.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verərək, iclas iştirakçılarını sonuncu yazılı test imtahanının nəticələri barədə statistik məlumatlarla tanış edib. İmtahanın nəticələrini mübahisələndirən bir sıra şəxsin Dövlət İmtahan Mərkəzində keçirilmiş apelyasiyası barədə məlumat verib.

607 namizədin uğurla keçdiyi yazılı test mərhələsi Rəyasət Heyəti tərəfindən ümumən müsbət qiymətləndirilib.

Sonra sədr növbəti – şifahi imtahan mərhələsinin başlanma tarixi ilə bağlı təkliflə çıxış edib. Qərara alınıb ki, şifahi imtahan mərhələsinə mart ayının 1-dən etibarən başlanılsın.

Daha sonra bir neçə namizədin vəkilliyə qəbul məsələsi, hüquq məsləhətxanasına təhkim olunmuş vəkilin fərdi qaydada fəaliyyət göstərməsi barədə müraciəti müzakirə olunub, bəzi vəkillərin mükafatlandırılması məsələsinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.

Xəbər 1515 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +