Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


09.02.2018  11:32 

Röya Ayxanın ortağı yenidən hakim qarşısında





A+  A-

Müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən biznes ortağı Səbinə Hüseynova barəsindəki hökmdən apellyasiya şikayəti verib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, S.Hüseynova İlqar Babayevdən 86 min dollar alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. İstintaq dövründə həbs edilmədiyi üçün azadlıqda qalıb. Lakin məhkəmə proseslərinə gəlmədiyi üçün dekabrın 1-də barəsində həbs-qətimkan tədbiri seçilib və polis əməkdaşları tərəfindən həbs edilib. R.Ayxan bir neçə il bundan əvvəl dizayner S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə S.Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

O, yuxarı instansiya məhkəməsinə müraciət edərək bəraət hökmü verilməsini istəyib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin icraatında baxılıb. Anket məlumatları dəqiqləşdirilib. Baxış iclası fevralın 12-də keçiriləcək.

Xatırladaq ki, Səbinə Hüseynova 1990-cı illərin sonlarında bir neçə porno filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılmışdı.

Xəbər 1606 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +