Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


19.10.2017  09:56 

Bakıda quldurluq - Zərərçəkən komaya düşdü





A+  A-

Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. Cinayətin qurbanı 52 yaşlı Xudiyev Zahid Nəcəf oğlu olub. O, koma vəziyyətində Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutuna aparılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlum olub ki, oktyabrın 17-də rayonun 24-cü polis bölməsinə zərərçəkmişin 1990-cı il təvəllüdlü oğlu Əli Xudiyev müraciət edib. Gənc oğlan bildirib ki, oktyabrın 14-də saat 23:00-da Çobanzadə küçəsindəki 45 nömrəli binanın yaxınlığında Ümid adlı kişi işdən evə qayıdan atasına hücum edib. Hücum edən şəxs Xudiyevi döyərək ondan 1500 manat pul alıb və qaçaraq aradan çıxıb. Xudiyev isə koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Faktla bağlı hələlik heç kim saxlanmayıb. Polis bölməsində faktla bağlı AR Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi açılıb.

Qeyd edək ki, oktyabr ayı başlayandan bu günə kimi Bakı şəhərində üç quldurluq hadisəsi qeydə alınıb ki, onlardan da ikisinin üstü artıq açılıb.

Xəbər 1582 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +