Deputat 7 il azadlıqdan məhrum edildi
Papanı ölümə buraxmaq istəyiblər, amma...
Ölüm, sənin əlindədir?!
Liftdə qaldı, FHN xilas etdi
Bu görüntülər Ermənistanı pis vəziyyətə qoydu
“Hər şey gözəl olacaq“ dedi, həbs olundu
Evi qızıl və pula görə yandırıbkar - VİDEO
Londonda Novruz bayramı qeyd edildi - Fotolar
Məşhur narkokuryer 13 kq narkotiklə ələ keçdi
“O təhqirləri öz anama edilmiş kimi qəbul edirəm” - Özgür Özel


27.10.2017  09:57 

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır





A+  A-

“Azərbaycanda yaxın zamanlarda dil pozuntularına görə cərimələr tətbiq ediləcək”.
XəzərNews.az xəbər verir ki, bu haqda “Ekspress” qəzetinə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli məlumat verib. O, deyib ki, hazırda bu layihənin üzərində iş aparılır: “Baltikyanı ölkələrdə belə bir təcrübə var, dil polisi adlanan qurum dil pozuntularına nəzarət edir və dil qaydalarının pozulmasına görə cərimələr tətbiq edirlər. Bizim millətdə də mentalitetlə bağlı məsələ var. Necə ki, yol qaydalarının pozulmasına görə cərimələr tətbiq edilir, gərək dil qaydalarının pozulmasına görə də cərimələr tətbiq olunsun ki, öz dilimizdə təmiz danışaq.

Əvvəllər piyada keçidlərindən istifadə etmirdilər, amma cərimələr tətbiq olunduğu üçün artıq hamı piyada keçidindən keçir. Dil ilə bağlı da belə olmalıdır. Nəzarət olsa, vətəndaş qanunu pozmayacaq.

“Dil haqqında”, “Reklam haqqında” qanunlarda da bu var. Obyekt adları Azərbaycan dilində yazılmalıdır, amma yenə də əksər adlar ingilis dilində yazılır. Amma “Reklam haqqında” qanunun 4-cü maddəsində deyilir ki, adlar dövlət dilində yazılmalı, sonra əsas yazıdan kiçik həcmdə başqa bir xarici dildə reklam verilə bilər”.

Yeni sözlərin geniş istifadəsi üçün təbliğatı vacib sayan Baba Məhərrəmli deyir ki, əksəriyyət hələ də yeni sözlərin qarşılığının verildiyini bilmir. Dediyinə görə, məsələn, “rozetka” sözünün yerinə “elektrik yuvası” təklif olunub. “Amma bunu çox az adam bilir. Təklif olunan sözlər dərhal qəbul olunmur. Bu sözlərin qəbul olunması üçün müəyyən zaman keçməlidir. Yeni təklif olunmuş sözlər dildə işlədilməlidir. Təbii ki, cəmiyyət qısa müddət ərzində bu sözləri qəbul etməyəcək. Tutaq ki, mətbuatda, virtual aləmdə bu sözlər yazılsa, televiziya və radioda işlədilsə, tədricən gündəlik danışıq dilimizdə yer alacaq”.

Onun sözlərinə görə, orta məktəblərdə müəllimlərin özü də dil normalarına riayət etmirlər: “Fikir vermişəm ki, dəfələrlə müəllimlər özləri də dərsdə qələmə “ruçka” deyirlər. Və yaxud vətəndaş deyir ki, “ostanovka”da saxla. Bunu kiminsə boynuna qoymaq olmur, vətəndaşın özünün vətənpərvərlik hissi olmalıdır ki, öz dilində olan sözü işlətsin”.

Xəbər 923 dəfə oxunub.



26.03.2025  11:34 

Azərbaycan nefti ucuzlaşıb

26.03.2025  10:45 

Ölüm, sənin əlindədir?!

26.03.2025  10:36 

Liftdə qaldı, FHN xilas etdi

25.03.2025  11:56 

Mən müəlliməm…

25.03.2025  11:34 

Neftin qiyməti bəlli oldu

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +