Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


16.10.2020  08:41 

Pakistandan Ermənistana sərt çağırış





A+  A-

Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlərdən olduqca narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır.
Pakistanın Azərbaycandakı səfirliyindən XəzərNews.az-a verilən məlumata görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri yaxından izləyir.

“Gəncə, Tərtər və Bərdə şəhərləri daxil olmaqla Azərbaycanın əsas ərazilərindəki mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlər olduqca narahat edicidir.

Pakistan Azərbaycan hökumətinə və xalqına başsağlığını çatdıraraq, Ermənistanı beynəlxalq humanitar hüququ pozaraq günahsız mülki insanlara hücum etməkdən çəkinməyə çağırır. Qardaş Azərbaycan xalqının vətənlərini qorumaq üçün apardıqları qanuni mübarizələrində dəstəyimizi bir daha təsdiqləyirik” deyə bəyanatda qeyd olunub.



Xəbər 2138 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +