Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


16.05.2022  19:55 

Aviabiletlərin qiyməti yenidən bahalaşıb - Video





A+  A-

Aviabiletlərin qiymətləri yenidən bahalaşıb. Xüsusilə son vaxtlar qonşu Türkiyə, Gürcüstan və Rusiyaya təyyarə ilə gedib-gəlmək olduqca baha başa gəlir. Quru sərhədlərin bağlı olması, uçuş məhdudiyyətləri və s. Çox güman ki, bütün bunlar qiymətlərin ucuzlaşmasının qarşısını alır.

Aviabiletlərin qiymətləri ucuzlaşmaq bilmir. Əksinə hava nəqliyyatı ilə sərnişin daşıma qiymətləri ötən ay ilə müqayisədə yüksəlib.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, hər il yaz aylarından başlayaraq qiymətlərdə bahalaşma müşahidə edilir. Səbəb xaricdə və ölkəmizdə təhsil alan tələbələrin gəliş-gedişi, eyni zamanda turist axınıdır.

Ekspert deyir ki, xüsusilə Türkiyə və əks istiqamətdə bilet qiymətləri 20-30 faiz arasında bahalaşıb. Bahalaşma eyni zamanda Gürcüstan istiqamətində də müşahidə edilir.

Rusiya və əks istiqamətdə də hələki bilet qiymətləri sözün əsl mənasında cib yandırır. Bunun səbəbi faktiki olaraq uçuş məhdudiyyətləri və reyslərin sayının az olmasıdır.

Bununla belə, asiya ölkələri istiqamətində aviabiletlər nisbətən ucuzlaşıb. Xüsusilə indiki aylardan başlayaraq həmin ölkələrdə kəskin istilər olduğundan gediş-gəlişlərin sayı azalır.

Rəhman Quliyev deyir ki, əgər rusiya ilə uçuş məhdudiyyəti qaldırılsa, bu zaman qiymətlərdə enmə müşahidə ediləcək. Digər istiqamətlərdə isə hələlik qiymət ucuzlaşması gözlənilmir.



Xəbər 3578 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +