Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu
Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir


09.08.2018  13:06 

Sabah hava necə olacaq?





A+  A-

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, avqustun 10-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-24, gündüz 25-28, Bakıda gecə 22-24, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 10-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.

Azərbaycanın rayonlarında avqustun 10-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 20-25, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 10-11-də Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.

Xəbər 1624 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +