Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


04.02.2017  13:31 

4 rayonda qaz olmayacaq





A+  A-


Bazar ertəsi Bakının Sabunçu, Xəzər rayonlarının, həmçinin Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin qaz təchizatı məhdudlaşdırılacaq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən XəzərNews.az-a verilən məlumata görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və üzərində quraşdırılmış avadanlıqlarda aparılacaq təmir işləri, qaz təchizatı şəbəkəsində aşkar edilmiş qaz sızmalarının ləğvi edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar fevralın 6-da saat 09:00 dan 18:00-dək Sabunçu rayonunun Bakıxanov, Maştağa və Sabunçu qəsəbələrində, Xəzər rayonunun Binə və Qala qəsəbələrində, eləcə də Gəncə və Sumqayıt şəhərlərinin bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. 

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 



Xəbər 1481 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +