Mingəçevirdə Günəşli bağlar massivini su basıb
Bank kartlarından 32 min 306 manat oğurlandı
“Sədərək” Ticarət Mərkəzini su basıb
Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ


22.06.2018  15:18 

Deputat etiraz etdi: “Çatdıra biləcəksinizsə, səs verək”





A+  A-

“Ziyad müəllim, (Ziyad Səmədzadə) siz keçən dəfə də dediniz ki, yığışaq “Hesablama Palatası haqqında” qanun layihəsini müzakirə edək. Deputatların bu qanunla bağlı xeyli təklifləri var”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsinin yekununda deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov təklif edib ki, Hesablama Palatasının əsas vəzifəsi dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirməkdir. Ancaq qanun layihəsindəki “dövlət vəsaiti anlayışı” ifadəsi bu məsələnin üzərinə kölgə salır.

“Ziyad müəllim, əgər bu təkliflərə baxılmayacaqsa, bu qanun layihəsini plenar iclasa çıxarmağın mənası yoxdur. Mən fikrimdə qalıram. İndi deyin görə, çatdıra biləcəksinzsə, səs verək. Yox əgər çatdıra bilməyəcəksinizsə, səs verməyək”.

Komitə sədri Ziyad Səmədzadə Vahid Əhmədovun çıxışına belə cavab verib: “Onda biz yaxın günlərdə qeyri-rəsmi yığışaq və bu məsələni yenidən müzakirə edək”.

Xəbər 2236 dəfə oxunub.



16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +