Mingəçevirdə Günəşli bağlar massivini su basıb
Bank kartlarından 32 min 306 manat oğurlandı
“Sədərək” Ticarət Mərkəzini su basıb
Bəzi yollarda məhdudiyyətlər tətbiq edilib
Bakıda körpünü su basdı
Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ


07.11.2018  15:28 

Maşınları oğurlayıb bu vəziyyətə salan dəstə tutuldu





A+  A-

Sumqayıtda maşınları oğurlayıb ban nömrələrini dəyişərək, eləcə də ehtiyat hissələri halında satan mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, qrupun üzvləri əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Yunis İmanov, Cəlal Əliheydərov, Cəlilabad rayon sakini Rafiq Nağıyev saxlanılaraq istintaqa təqdim olunublar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan Y.İmanov və R.Nağıyev Sumqayıt şəhəri və ətraf ərazilərdən ümulikdə ayrı-ayrı vətəndaşlara məxsus 6 nəqliyyat vasitəsi oğurlayıblar.

Əsasən “VAZ” və “Tofaş” markalı nəqliyyat vasitələrini qaçıran dəstə üzvləri əldə etdikləri avtomobilləri C.Əliheydərovun Biləcəri qəsəbəsində yerləşən evinin həyətinə gətiriblər. Burada isə C.Əliheydərov maşınların ban nömrələrini dəyişib. Bəzi avtomobillər isə sökülərək ehtiyat hissələri halında satılıb. C.Əliyehdərovun yaşadığı evin həyətinə baxış keçirilən zaman orada gizlədilən oğurluq avtomobillərin ehtiyat hissələri, çoxlu sayda avtomobil qeydiyyat nişanları, həmçinin qaçırılan bir neçə avtomobil aşkar olunaraq maddi sübut kimi götürülüb.

Oğurlanan avtomobillərdən ikisi dəyərindən aşağı qiymətə qanunsuz olaraq müxtəlif şəxslərə satılıb. Həmin şəxslər, paytaxt sakinləri Mahmud Həsənov və dəstə üzvü C.Əliheydərovun kürəkəni Füzuli Rəcəbov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Hər iki şəxs aldıqları avtomobillərin oğurluq olduğunu əvvəlcədən biliblər.

Qeyd edək ki, oğurluq maşınları alan şəxslərdən biri - F.Rəcəbov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstərib. Onun idarə etdiyi nəqliyyat vasitəsinə və üzərinə baxış keçirilən zaman 0,604 qram narkotik vasitə olan “Metamfetamin”, 1 ədəd küstar üsulla hazırlanan bıçaq və göz yaşardıcı qaz balonu aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.

Xəbər 1584 dəfə oxunub.




16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı

15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +