Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


02.11.2023  17:13 

“Kirayə ev” adı altında dələduzluq...





A+  A-

Mingəçevirdə “kirayə ev” adı altında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Xəzərnews.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, daşınmaz əmlak saytlarında “kirayə ev” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Röyal Hüseynov məsuliyyətə cəlb olunub.

Saxlanılan şəxs ifadəsində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə onlayn yolla ilkin ödəniş aldıqdan sonra istifadə etdiyi mobil nömrəni qıraraq atdığını bildirib. Araşdırma zamanı müəyyən edilib ki, R.Hüseynov guya kirayə müqaviləsi bağlamaq adı altında zərərçəkmişlərdən şəxsiyyət vəsiqələrinin fotoşəklini tələb edib və iz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələri ilə özünə yeni mobil nömrələr alaraq dələduzluq əməllərini başqa şəxslərə qarşı da davam etdirib.

Faktla bağlı araşdırma aparılır.

“Röyal Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur. Vətəndaşlara tövsiyə olunur ki, kirayə və yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər”, - məlumatda qeyd edilib.

Xəbər 1028 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +