Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


08.12.2022  17:04 

Meyxanaçı Mahir Cürət sağalır... - Açıqlama





A+  A-

"Hazırda xəstəxanadayam və burada müalicələrimi davam etdirirəm. Həkimlərin səyi nəticəsində ağır günlər artıq geridə qaldı. Yavaş-yavaş səhhətimdə yaxşılığa doğru irəliləyişlər var".

XəzərNews.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri meyxanaçı Mahir Cürət deyib.

Hazırda M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicələrini davam etdirən sənətkar səhhətinin yaxşılaşdığını bildirib:

"Bir neçə gün əvvəl həm daxili orqanlarımda, həm də ayaqlarımda dəhşətli ağrılar vardı. Qan azlığım da vardı. "Bizimləsən" verilişinin heyəti, başda proqramın aparıcısı Zaur Baxşəliyevin köməyi ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirildim.

Bir çox müayinələrdən keçdim. Mənə sistemlər və iynələr vuruldu. Həkimlərin ciddi nəzarətindəyəm. Ayaqlarımda problemlər yaranmışdı. Yaralar əmələ gəlmişdi. Xəbər yayılmışdı ki, guya ayaqlarım çürüyüb. Amma bu yalandır. Həkimlər əllərindən gələni edirlər ki, ayaqlarım sağalsın".

"Oğlum, bacım, anam mənə tez-tez baş çəkir. Həkimlər mənə hələ 15 gün burada, xəstəxanada qalacağımı söyləyiblər. Meyxana ustaları Ağamirzə Məmmədov, Namiq Qaraçuxurlu və Namiq Məna zəng vurub səhhətimlə maraqlanırdılar. Onlara da sizin redaksiyanız vasitəsi ilə təşəkkürümü bildirirəm", - deyə M. Cürət əlavə edib.

Xəbər 1039 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +