“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


24.10.2019  11:09 

Dövlət qulluğu üçün müsahibələrin VAXTI açıqlandı





A+  A-

Sentyabrın 17-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, elan üzrə 7 dövlət orqanında mövcud olan 84 vakant vəzifə üzrə 93 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 158 müsahibənin keçirilməsi planlaşdırılır. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Qida Təhlükəsizliyi Agentliyi, Aparat, Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi, Regional bölmələr və tabeli qurumlarla iş sektoru böyük məsləhətçi (1 vakant yer üzrə 19 namizəd) və Qida Təhlükəsizliyi Agentliyi, Aparat, İnformasiya təminatı və innovativ həllər şöbəsi, İctimaiyyətlə əlaqələr sektoru böyük məsləhətçi (1 vakant yer üzrə 14 namizəd) vəzifələri olub.

Müsahibələrin 30 oktyabr – 13 dekabr tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər 1664 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +