“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


23.07.2019  19:46 

Rezidentura imtahanlarının nəticələri açıqlandı





A+  A-

2019/2020-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərNews.az-a verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116 nəfərini oğlanlar, 234 nəfərini qızlar təşkil edir. 165 namizəd cari ilin, 285 namizəd isə əvvəlki illərin məzunudur.

Qəbul olan namizədlərin siyahısı və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü sayını 24 iyul günün ikinci yarısından etibarən əldə etmək mümkün olacaq.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 29-dan avqustun 2-dək olan müddətdə müvafiq quruma:

- Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə;
- Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan MR Səhiyyə Nazirliyinə;
- Azərbaycan Tibb Universitetinə və digər klinik bazalara qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, ixtisaslar üzrə qeydiyyat müxtəlif vaxtlarda aparılacaq. Namizədlər müvafiq qrafik ilə Səhiyyə Nazirliyinin internet saytından tanış ola bilərlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Xəbər 1624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +