“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


15.03.2019  12:08 

Yarım saatlıq yolu 10 dəqiqəyə gedəcəyik





A+  A-

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu il mayın 10-da Bakının Sabunçu qəsəbəsində yenidən qurulan dəmir yolu stansiyasını istifadəyə verəcək.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

“Beləliklə, Bakının mərkəzindən Sabunçu qəsəbəsinə qədər dəmir yolu marşrutu açacağıq. Bunun üçün yeni qatarlar sifariş edilib, həmçinin əlavə iki qatarımız var. Əvvəllər bu məsafəni yarım saata getmək mümkün idisə, artıq bu müddət 10 dəqiqə olacaq. Qatarlar bir saatdan bir hərəkət edəcək”, - o deyib.

Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Sabunçudan Sumqayıta qədər olan dəmir yolunda isə işlər ilin sonuna qədər yekunlaşacaq.

“Abşerondakı dairəvi dəmir yolu xəttində aparılan işləri 1-2 aya bitirəcəyimizi düşünürdük, amma orada iş çoxdur. Xətt boyu avtomobil yolları ilə kəsişmələr var. Bunları aradan qaldırmaq üçün çalışırıq ki, bütün keçidlər yerin altında olsun, bununla da təhlükəsizlik və rahatlıq təmin edilsin”, - ADY sədri əlavə edib.

Xəbər 1378 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +