“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


08.11.2018  10:56 

Əlillərin sosial müavinəti artırılacaq?





A+  A-

“Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə deyib. O , vurğulayıb ki, əlillər daim diqqət mərkəzindədir: “Bizim pensiya sistemimiz sığorta prinsiplərinə əsaslanır. İstəyir əlil və ya yaşa görə, ya da ailə başçısını itirməyə görə pensiyaya çıxan olsun, pensiya fərdi şəxsi hesabda toplanılan məbləğdən asılı olaraq təyin edilir . Əlillər də bu kateqoriyadan olan şəxslərdir. Sadəcə fərq odur ki, onlar əlillik səbəbindən pensiyaya çıxırlar. Həmin şəxsin fərdi hesabında nə qədər vəsait toplanıbsa, ona uyğun da pensiya alır. Burada sığorta prinsipləri nəzərə alınmalıdır. Bizim əlillərimiz pensiya ilə yanaşı, müavinət də alırlar. Əlillərin sosial müavinətinin artırılması ilə bağlı növbəti ildə tədbirlər keçiriləcək. Onların məbləği kapitaldan asılı deyil, fiks rəqəmlə ifadə olunur. Biz həmin vəsaitin artırılması ilə bağlı ciddi addım atacağıq”.

Xəbər 1682 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +