“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


16.03.2017  13:51 

Dövlət qulluğu imtahanından keçənlər hansı vəzifələrə imtahansız qəbul ola bilərlər?





A+  A-

Nazirlər Kabineti "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nı təsdiqləyib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, "Dövlət qulluğu haqqında" qanunun 28.3-cü maddəsinə əsasən, test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D növləri üzrə müxtəlif qruplara bölünür. A növü inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə, B növü inzibati icraçı vəzifələr üzrə, C növü - yardımçı kargüzarlıq vəzifələri üzrədir.

A, B, C və D növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.

Vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.

Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla namizədin soyadı, adı, atasının adı dəyişdikdə, sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə, sertifikat yararsız hala düşdükdə dəyişdirilə bilər.

DİM dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.

Xəbər 1744 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +