Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


03.12.2022  10:32 

Vəzifəli şəxsin dələduzluq əməli ortaya çıxdı





A+  A-

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

XəzərNews.az Pravda-ya istinadla xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Orxan Səmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə məsləhətçi-mühəndis vəzifəsində işləyib. O, öz qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş Səfər Əliyevin (şərti) Sumqayıt şəhəri ərazisində yerləşən bələdiyyənin mülkiyyətində olan 36 sot torpaq sahəsinə dair çıxarış verilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib. Orxan Səmədov həmin şəxsi aldadaraq pndan ümumilikdə 55000 manat pul alıb. Daha sonra o, həmin puldan 9700 manatı zərərçəkmişə qaytarıb.

Bundan başqa, Orxan Səmədov Vahid Əlişovun (şərti) arvadını Sumqayıt şəhərindəki uşaq bağçalarından birinə işə düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib. O, həmin şəxsin 6500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra Orxan Səmədov Vahidə 500 manat qaytarıb.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Orxan Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər 941 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +