Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


07.10.2021  20:19 

Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildi





A+  A-

Tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib.

XəzərNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya atası, şair Qəşəm Nəcəfzadə məlumat verib. O bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb:

“Kəraməti bu gün dispanserə yerləşdiriblər. Hələ danışa bilməmişəm, səhhəti ilə bağlı məlumatım yoxdur. Çünki orada heç bir əlaqə nömrəsi yoxdur. Sabah baş çəkməyə gedəcəyəm”.

Qeyd edək ki, dünən K. Böyükçöl sərxoş vəziyyətdə sosial şəbəkədə açdığı canlı yayımda qeyri-etik ifadələr işlədib, bu da izləyicilər tərəfindən sərt tənqid olunub.

Xatırladaq ki, K. Böyükçöl ötən ilin yayında da alkoqolizmdən müalicə məqsədilə dispanserə yatırılmışdı.

Xəbər 2182 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +