Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


15.12.2021  17:35 

Əliyev Brüsseldə nə əldə etdi?





A+  A-

Brüssel görüşününün yekun bəyanatında üç məqam da xüsusilə diqqət çəkir:

- ATƏT-in Minsk qrupunun adının çəkilməməsi;
- Qarabağ ifadəsinin işlədilməməsi;
- Əsas vurğunun postmünaqişə dövrü üzərində qurulması;

Münaqişənin həllində iştirak etməyən həmsədr ölkələr – ABŞ və Fransa (xüsusilə Paris) Minsk qrupu formatının dirildilməsi üzərindən bölgəyə qayıtmaq istəyini gizlətmir. Bu, Bakının, eləcə də Bakını dəstəkləyən Ankaranın və bölgəni Qərblə paylaşmaq istəməyən Moskvanın marağına ziddir.

Bakı və Moskva Minsk qrupuna postmünaqişə dövrünə dair təklif verir: humanitar məsələlərin həllində və ikitərfli münasibətlərin qurulmasına iştirak;

İki həmsədr ölkə belə təklifi qəbul etsə belə, bu formatda iştirak postmünaqişə reallığına riskləri özündə saxlayır, bu baxımdan, Əliyev Qərb masasında Rusiyanı deyil, Avropa İttifaqını alternativ olaraq oyuna daxil etməyə nail oldu. Bu o demək deyil ki, iki həmsədr ölkə və Ermənistan Minsk qrupu formatından əl çəkəcək, lakin Aİ-nin prosesə cəlb edilməsi bu formatın lazımlılığını bir qədər də əhəmiyyətsiz etdi. Bu prosesdə Rusiyada maraqlı tərəfdir.

Və ən mühüm Aİ-nin timsalında Qərb formatında münaqişənin həll edildiyinin qəbul edilməsidir: Qarabağın adı çəkilmir; 10 noyabr, 11 yanvar və 26 noyabr razılaşmalarına istinad edilir; kommunikasiyanın açılmasının vacibliyi vurğulanır; tərəflər sülh sazişinin imzalanmasına çağırılır;

Aİ Bakının Minsk qrupuna biçdiyi “donu geyinir” və Ermənistanla Azərbaycan arasında etimadın möhkəmlənməsi istiqamətində işləyir.

Bakı münaqişənin bitdiyi reallığının Qərbdə qəbul edilməsində böyük irəliləyişə nail oldu.

Asif Nərimanlı

Xəbər 1535 dəfə oxunub.



31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +