Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb
Sabiq deputat YAP-çı oldu
Gömrükdə sahibkardan 97 min pul tələb edilir?
Pakistan xalqı ilə həmrəyik - XIN


05.10.2020  18:46 

Ermənilər əmisiylə 5 yaşlı qardaşı qızını yaraladı





A+  A-

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin müdafiə olunmayan ərazilər, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 05.10.2020-ci il tarixdə saat 16 radələrində Ağcabədi şəhərinə 3 raket atıb.

Atılmış raketlərdən biri partlamamış, biri həyətyanı sahəyə düşərək yaşayış evində dağıntılara səbəb olub, digəri isə yaşayış evinə düşüb.

Yaşadıqları evə raket düşməsi nəticəsində şəhər sakinləri 1994-cü il təvəllüdlü İbrahimov Elşən Mehdi oğlu və qardaşı qızı 2015-ci il təvəllüdlü İbrahimova Ayan Rövşən qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Xəbər 3031 dəfə oxunub.



07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +