Polis 500 min manata yaxın pulu ələ keçirənləri saxladı
Qrant müsabiqəsinin nəticələri nə zaman elan ediləcək?
Biləsuvar xəstəxanasında dava: Xadimə DÖYÜLDÜ
Sabiq nazirə yeni vəzifə verildi
İcma bəyanat YAYDI
Nurlan Librenin evindən qızıl götürülüb?
Gecə və səhər bəzi yollar buz bağlayacaq
Pulları Nurlana Əliyevaya vermişəm - Məhkəmə
Əfv siyahısında kimlər var?
Bu gün Ağadadaş Ağayevə cəza istəniləcək


27.02.2025  18:03 

Sərt pul-kredit siyasəti... - Artan problemli kreditlər





A+  A-

Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 475,1 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 5,8 faiz çoxdur. Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 4,6 faiz artıb. Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 faiz təşkil edib. Bu nisbət dekabrın sonuna 1,6 faiz ötən il yanvarın sonuna isə 1,9 faiz olub.

XəzərNews.az xəbər verir ki, mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, istehlak kreditləri artdıqca, problemli kreditlər də artacaq:


"İnsanlar sosial problemlərini istehlak kreditləri ilə həll etməyə çalışırlar. Lakin verilən kreditlərin faizləri yüksək olduğu üçün sonradan onların geri qaytarılması ilə bağlı problemlər yaşanır. İşsizliklə bağlı problemlərin olmasını, gəlirlərin aşağı düşməsini nəzərə alaraq rəsmi rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda nominal gəlirlər belə azalıb. Bu səbəbdən də problemli kredit məsələsi kifayət qədər yüksək sürətlə böyüyür”.

Ekspert vurğulayıb ki, Azərbaycanda istər istehlak, istərsə də biznes kreditləri olsun, hər biri çox yüksək faizlidir:

“Bu isə həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Çünki böyük fazilər olduqda biznes inkişaf edə bilmir, kiçik və orta sahibkarlıq əziyyət çəkir. Faizin azaldılması üçün dövlətin görəcəyi işlər var. Problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma atılan addım yoxdur. Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerikada sıfıra yaxın vəziyyət yaranıb. Dövlətlər bunu bilərəkdən edirlər ki, iqtisadiyyat canlansın. İpoteka, istehlak, biznes kreditləri ucuz olsa, iqtisadiyyatın çarxları daha tez dönməyə başlayacaq. Problemli kreditlərin azalmasını müşahidə edəcəyik. Kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq. Bir müddətdən sonra bank sektoru üçün çox böyük təhlükəyə çevriləcək və dövlət məcbur qalacaq ki, milyardlarla vəsait xərcləsin. Amma bunun əvəzinə önləyici tədbirlər görülsə, əlavə vəsaitə ehtiyac qalmayacaq”.

Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov hesab edir ki, pul-kredit siyasətinin sərt olmasına görə kredit qoyuluşlarının həcmi iqtisadiyyatda tələb olunan investisiya həcminə uyğun gəlmir. Nəticədə sahibkarlar götürülən kreditlərin qaytarılması ilə bağlı problemlərlə üzləşirlər. Hesab edirəm ki, məhz pul-kredit siyasətinin sərtliyi problemli, vaxtı keçmiş kreditlərin həcmini artırır.

İqtisadçı qeyd edib ki, biznes kateqoriyası üçün kreditlərin əlçatan olmaması kredit borcunu artıran əsas amildir:

"Nəticədə kredit götürən təşkilatlar və ya fiziki şəxslər borcunu qaytara bilmir. Götürülən kreditlərin təyinatı üzrə istifadə olunmaması da problemli kreditlərin həcmini artırır. Əgər pul-kredit siyasətinin yumşaldılmasına, məqsədli kredit xətlərinin açılmasına nail olmasaq, ödənişlərlə bağlı problemlər artmaqda davam edəcək”.

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, insanlar maaliyyə problemləri ucbatından götürdüyü vəsaiti ödəyə bilmirlər. Belə olan halda da faiz borcları da üzərinə gələrək ödəniləcək borc daha da artır:

“Hər kəs kredit götürərkən öz öhdəliyini yaxşı ölçüb biçməlidir. Bəzən insanlar istehlak kreditlərini lazım oldu-olmadı məişət əşyaları almaq və digər vacib olmayan ehtiyaclarını ödəmək üçün götürür. Ödənmədikdə isə problemlər yaranır”.

İqtisadçının dediyinə görə, insanların rifahı və istəkləri artır:

"Onlar daha yaxşı və komfortlu yaşamaq, daha çox müxtəlif istehlak malları almaq istəyir. Amma istehlak kreditləri hesabına m mobil telefon, saatlar, noutbuklar alan insanlar var ki, onları ildə iki-üç dəfə dəyişirlər. Bu o qədər də yaxşı tendensiya deyil. Mən insanları daha praqmatik olmağa çağırıram".

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, problemli kreditlərin tərkibinə baxsaq, görərik ki, onların çoxu istehlak məqsədilə alınan kreditlərdir:

“İnsanlar öz gələcək problemlərini bu gün daha çox kreditlər vasitəsilə həll etməyə çalışırlar. Bu, həmçinin, Azərbaycan əhalisinin məişət davranışından da irəli gələn problemlərdir. Təsadüfi deyil ki, əksəriyyət bu gün xeyir iş üçün də, hansısa problemi həll etmək üçün də kreditlərə müraciət edir, işlərini bu yolla həll edir. Lakin bununla yanaşı, biz bu sahədəki bütün problemləri istehlakçıların üzərinə də qoya bilmərik. Çünki, dediyimiz kimi, bu problemlər əslində, Azərbaycanda son 10 ildə aparılan maliyyə-kredit siyasəti və yüksək gəlirlərin əhaliyə satılması nəticəsində ortaya çıxıb. İnsanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıblar. Banklar daha liberal maliyyə-kredit siyasəti həyata keçirməli, kreditləri aşağı faizlə insanlara təklf etməlidirlər ki, son illərdə yaranmış maliyyə problemlərini kreditlər vasitəsilə həll etsinlər. Məsələyə kompleks yanaşmaq lazımdır”.

Xəbər 741 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.02.2025  15:44 

Sabiq nazirə yeni vəzifə verildi

27.02.2025  15:32 

İcma bəyanat YAYDI

27.02.2025  15:30 

Kadırovun qızı istefa verib?

27.02.2025  14:48 

Qadını qatar vuraraq öldürdü

27.02.2025  14:06 

Əfv siyahısında kimlər var?

27.02.2025  13:15 

Keçmiş rektor SAXLANILDI

27.02.2025  13:12 

Məşhur aktyor Rusiyaya gedəcək


BÜTÜN XƏBƏRLƏR +