Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


29.05.2018  09:57 

Ağac kəsənlərə cinayət işi açıldı





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) mütəxəssisləri tərəfindən araşdırılıb.

Araşdırma zamanı ağacların Lənkəran MMBM-nin Haftoni meşəbəyliyinin 16 saylı dolayında kəsildiyi aşkar edilib. Əraziyə keçirilən baxış zamanı köküstə yaş 227.33 m3 həcmində müxtəlif cinsli 229 ədəd ağacın kəsildiyi və təbiətə 9209.33 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xəbər 1388 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +