Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


31.10.2022  23:02 

Soçi görüşünün yekun birgə bəyanatı - MƏTN





A+  A-

Bu gün Soçidə RF Prezidenti V.Putinin təşəbbüsü ilə İlham Əliyev və Nikol Paşinyanla keçirilən birgə görüşdə üçtərəfli bəyanat imzalanıb.

XəzərNews.az Soçi görüşünün yekun birgə bəyanatını təqdim edir:

- Biz Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə bu sazişlərə ciddi əməl etməyə sadiq olduğumuzu bir daha təsdiq etdik. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq.

Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfə olduğunu qeyd edərək, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərinin aktuallığını vurğuladıq.

Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri yalnız BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razılaşdıq.

Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğuladıq. Mövcud inkişaflar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsini razılaşdırdıq. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək.

Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspert icmaları və dini liderlər arasında dialoqun davam etdirilməsi, habelə üçtərəfli danışıqların başlanması üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının vacibliyini vurğuladıq.





Xəbər 820 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +