Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


13.07.2022  16:54 

Həbsə göndərmək əvəzinə müavin göndərdilər..





A+  A-

...Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib. Aİ-95 və Aİ-98 benzinin hər biri 40 qəpik bahalaşıb.

Səbəb kimi qeyd edirlər ki, dünyada neftin qiyməti artıb, hər iki benzin növü Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir. Neftin qiymət artımı da benzin qiymətinə təsirsiz ötüşməyib. Bunu da tərsinə edirlər. Belə ki, 1 ay qabaq neft 130 dollar idi, indi isə 99 dollardı.

Ən əsası isə, illərdir milyardları göyə sovuran, SOCAR-ı borcun içində batıran Rövnəq Abdullayev və onun ətrafından heç kim soruşmur ki, niyə bu illər ərzində ölkədə Aİ-95 və Aİ-98 benzininin istehsalını qurmayıblar. Niyə biz bunu Rumıniyadan almaqla vətəndaşlarımızın pullarını xaricə sovurmalıyıq.

Neft sənayesinin yarandığı bir ölkə üçün bundan böyük biabırçılıq ola bilməz! Bütün bunlardan sonra R.Abdullayevi həbsə göndərmək əvəzinə İqtisadiyyat Nazirliyinə müavin göndərdilər.

Yadıma gəlir, eyni məntiqlə Gömrük Komitəsi iş adamlarına yerli istehsalat yaratmağa imkan vermirdi ki, eyni məhsulları xaricdən gətirən TIR-lardan rüşvət yığsın. Bununla da iqtisadiyyatımızı məhv elədilər.

Bunun bir adı var - vətəndaşların hesabına zənginləşmək, onların cibinə girmək. İndi burada da əminəm ki, bu idxal sxemindən kimlərsə ciblərini doldurur. Əks halda bu istehsalat ölkəmizdə çoxdan yaradılmışdı.

Aslan İsmayılov,
Vəkil


Xəbər 1363 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +