Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


01.01.2022  14:39 

Zaqatalada evləri və tövlələri kim yandırır?





A+  A-

Zaqatalada ötən gecə iki fərdi yaşayış evi və üç mal tövləsi yanıb.

Yanğın hadisələri rayonun Əliabad qəsəbəsi və Mosul kəndində baş verib.

Yeni ilin ilk gecəsi saat 03:00 radələrində rayonun Əliabad qəsəbəsində qəsəbə sakini Şaban Məhəmməd oğlu Əhmədova məxsus ümumi sahəsi 100 kv/m olan fərdi yayaşlış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Gecə saatlarında daha üç yanğın hadisəsi isə rayonun Mosul kəndində kənd sakinləri- İsmayıl Ramazan oğlu Süleymanov, Ramiz Hizbulla oğlu Məmmədov və Qədim Əli oğlu Məmmədovun yaşadıqları evlərin həyətyanı sahəsində tikilmiş mal tövlələrində baş verib. Hər üç yanğında mal tövlələri içərisindəki quru ot kütləsi ilə birlikdə yanıb. Baş vermiş yanğınlarda xəsarət alan olmayıb.

Qeyd edək ki, dekabrın son günü saat 23:00 radələrində rayonun Mosul kəndində, kənd sakini Tərlan Gülməmmədov özünə məxsus fərdi yaşayış evini qəsdən yandırıb.

İlkin məlumata görə, gecə ərzində rayonda baş verən beş yanğın hadisəsi qəsdən törədilib. Baş vermiş yanğın hadisələrinin bir-biri ilə əlaqəli olub-olmaması müvafiq qurumlar tərəfindən araşdırılır./Qafqazinfo

Xəbər 1935 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +