Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


03.10.2021  22:25 

Saakaşvili müxalif liderlərin qətlini müzakirə edib?





A+  A-

“Saakaşvili və onun komandası Gürcüstanda bir neçə müxalifət liderinin qətlini müzakirə ediblər. Məqsəd ölkədə iğtişaşlar yaratmaq və hakimiyyəti ittiham etmək idi”.

Bunu ölkənin baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.

Onun sözlərinə görə, keçmiş prezidentin oktyabrın 3-də Tbilisidə kütləvi aksiyaya getmək, polisi ora cəlb etmək və hökuməti müxalifətçilərin qətlində təqsirləndirmək planı vardı: “Bu, bizim xüsusi xidmət orqanlarının məlumatıdır. Hakimiyyətin delegitimləşdirilməsi onların planlarının bir versiyası idi. Dünyaya göstərmək istəyirdilər ki, guya Gürcüstanda müxalifət lierlərini qətlə yetirirlər, o zaman onlar hökumətin istefasını və növbədənkənar seçkilərin təyin olunmasını tələb edəcəkdilər”.

İ.Qaribaşvili qeyd edib ki, Vahid Milli Hərəkat Partiyasında həmin planla bağlı yekdil fikir olmayıb və partiya sədri Nika Meliya hadisələrin bu cür inkişafı ilə razı deyildi.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, Rustavi şəhərində cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Bu gün siyasətçiyə qarşı Gürcüstan sərhədini qanunsuz keçməklə bağlı ittiham irəli sürülüb./“Report”

Xəbər 2332 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +