İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


22.12.2020  13:21 

Ermənistanda etirazçılar magistral yolları bağlayır - VİDEO





A+  A-

Ermənistanda 20-yə yaxın müxalifət partiyası Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası təşkil edib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, mitinq İrəvanda hökumət binası ilə üzbəüz Respublika Meydanında keçirilir.

Etirazçılar Paşinyanın ötən gün Sünik bölgəsinə səfərini dayandırmağa məcbur edən bölgə sakinlərini alqışlayıblar.

“Daşnaksütyun” müxalifət partiyasının nümayəndəsi Qeqam Manukyan “Nikolsuz Ermənistan” şüarını “Onsuz Ermənistan” ilə əvəzləməyə çağırıb. O bildirib ki, Baş nazirin adı insanları qıcıqlandırır.

Qeyd edək ki, İrəvanda artıq bir neçə həftədir ki, müxalifət mitinqlər keçirir. Mitinq iştirakçıları Paşinyanın üçtərəfli bəyanatı imzalaması səbəbindən istefasını tələb edirlər. Hökumət rəhbərinin istefasını tələb edən müxalif qüvvələr ölkənin hökumətinin keçmiş başçısı Vazgen Manukyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüblər.

***

Etirazçılar iki şəhərlərarası magistral yolu bağlayıblar. Bu barədə hökumət binası qarşısında keçirilən mitinqdə iştirak edən “Daşnaksütyun” müxalifət partiyasının nümayəndəsi Qeqam Manukyan bildirib.

“Biz Vanadzor-İrəvan və İcevan-İrəvan magistral yollarının bağlanması barədə bir məlumat aldıq. Paşinyanın həmyerliləri onun istefasını tələb edirlər”,-deyə Manukyan qeyd edib.



Xəbər 1780 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +