Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


09.09.2020  11:54 

İlon Mask 30 milyard dollar itirdi





A+  A-

Elektrik avtomobilləri istehsalçısı “Tesla”nın səhmləri 8 sentyabr tarixli hərracda 21,1% ucuzlaşaraq hissə başına 330,21 dollara düşüb, nəticədə İlon Mask ümumilikdə 30 milyard dollar itirib.
XəzərNews.az “CNBC”yə istinadən xəbər verir ki, bu cür gündəlik enişin şirkət üçün rekord olduğu bildirilib.

“MarketWatch” qeyd edir ki, “Tesla”nın keçən həftə 5:1 prinsipi üzrə hissə bölüşdürmə prosedurunu həyata keçirməsi nəticəsində yaşanan ani bahalaşmadan sonra səhmlərinin qiyməti % 33,7 ucuzlaşıb. Səhmlərin ucuz qiymətə satışı şirkətin 5 milyard dollarlıq əlavə səhm emalı elan etməsindən sonra başlayıb, şirkətin ikinci ən böyük səhmdarı “Baillie Gifford & Co” isə öz şirkət payını azaldıb. Bundan əlavə, şirkət səhmləri gözlənilmədən “S&P 500” indeksindən də çıxarılıb.

“Tesla”nın son tarazlaşdırma dövrünə niyə daxil edilmədiyi bəlli deyil, amma biz inanırıq ki, şirkətin səhmləri sonda “S&P 500”ə daxil olacaq”, - deyə “Baird” investisiya bankının analitiki Ben Kallo bildirib.

“Daily Telegraph”ın məlumatına görə, keçən bazar ertəsindən etibarən “Tesla”nın kapitallaşması təqribən 145 milyard dollar azalıb və bununla şirkətin qurucusu və rəhbəri İlon Mask 30 milyard dollar itirib.

Son düşüşlərə baxmayaraq, “Tesla”nın kapitallaşması ilin əvvəlindən təxminən dörd dəfə artıb. Şirkətin bazar dəyəri (təqribən 308 milyard dollar) “General Motors Co” (46,3 milyard dollar) və “Ford Motor Co”nun (27,5 milyard dollar) kapitallaşmasını üstələyir.

Xəbər 1788 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +