Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


22.10.2019  09:12 

3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi





A+  A-

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqun Nevski rayonunda üç nəfəri öldürməkdə şübhəli bilinən rusiyalını (ad və soyadı açıqlanmır) Penza şəhərində saxlayıb.
XəzərNews.az-ın “Moskovski komsomolets”ə istinadən məlumatına görə, hadisə 2002-ci ildə baş verib. Əvvəllər də məhkum olmuş şəxs iyunun 2-də ərzaq almaq üçün Həmrəylik prospekti ilə Podvoysk küçəsinin kəsişməsində yerləşən dükanlar tərəfə gedib. Saxlanılan üç azərbaycanlı ilə arasında baş verən söz mübahisəsi və davanın səbəbini xatırlamır. Azərbaycanlılar tərəfindən ərazidən qovulan 33 yaşlı Leninqrad sakini bu cür təhqirə dözməyib. Bir müddətdən sonra o, dostları ilə bərabər geri dönüb. Lakin söhbət yenə də alınmayıb və bu zaman saxlanılan opponentlərinə yeddi güllə vurub. Kişilərdən biri hadisə yerində, digər ikisi isə xəstəxanada həyatını itirib.

Qatil ərazidən qaçıb. Özünə yeni sənədlər hazırlayan cinayətkar Rusiyanın regionlarını və dünya ölkələrini gəzib. Nəhayət, bir müddətlik Penzada qalmaq qərarına gələn şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Üç nəfəri öldürməkdə ittiham olunan şəxs artıq Sankt-Peterburqa aparılıb. İstintaq komitəsi cinayət işinin istintaqını yeniləməyi planlaşdırır.

Xəbər 1811 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +