Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


23.05.2019  12:43 

Dondurma alarkən diqqətli olun! - XƏBƏRDARLIQ





A+  A-

Yay fəsli yaxınlaşanda dondurma satışı da artır. Satışda dondurma növlərinin müxtəlif çeşidi olsa da, keyfiyyət etibarilə hansının daha yaxşı olduğunu demək çətindir. Belə ki, antisanitar qaydada hazırlanan, istehsal müddəti bitmiş dondurmalar az deyil. Təbii olaraq bu cür dondurmalar insanlarda narazılıq yaradır.
XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Modern.az Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov-un fikirlərini öyrənib.

“Dondurmalarla bağlı hər gün şikayət dolu telefon zəngləri qəbul edirik. Şikayətlər əsasən onun qiyməti, dadı və istehsal tarixi barədə olur. Qeyd edək ki, dondurma süd məhsuludur və ağızda qaymaq dadı verməlidir. Əgər dondurma boğazda acılıq hissi yaradırsa, bu onun tərkibində kərə yağı əvəzinə bitki yağından, marqarindən istifadənin göstəricisidir. Qablaşdırılmış dondurma alarkən onun formasına diqqət yetirmək lazımdır. Əgər qablaşdırmada formasını itiribsə, əzilibsə, demək ki, istiliyə məruz qalıb. Bu halda onu yemək təhlükəlidir. Açıq şəkildə yəni qablaşdırılmadan satışı həyata keçirilən dondurmalara isə xüsusi diqqət yetirmək lazımdır”.

Ekspert onu da bildirir ki, alıcını hüququ var ki, keyfiyyətindən narazı qaldığı dondurmanı geri qaytarsın və ya dəyişdirsin.

Xəbər 1672 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +