Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


13.12.2018  10:36 

“Qarabağ” “Arsenal”a qarşı





A+  A-

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.
XəzərNews.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirin cari mövsümündə sonuncu oyununa çıxacaq.

Ağdam təmsilçisi son turda İngiltərənin “Arsenal” klubunun qonağı olacaq. Bu komandaların yer aldığı E qrupunda meydan sahibləri ilə Portuqaliya "Sportinq”i 1/16 finala vəsiqəni təmin etdiyindən, görüş formal xarakter daşıyır.

Ağdamlıların “Arsenal”la ilk oyunu Bakıda baş tutub və “topçular” 3 cavabsız qolla qalib gəliblər. "Qarabağ” həmçinin "Sportinq”ə hər iki görüşdə uduzub (0:2, 1:6). Ukrayna "Vorskla”sı ilə duellərdə isə evdə minimal hesabla uduzan Azərbaycan çempionu səfərdə oxşar hesabla qalib gəlib - 1:0. "Arsenal” isə poltavalıları hər iki oyunda üstələməklə yanaşı (4:2, 3:0), "Sportinq”dən yalnız səfərdə güclü olub (1:0, 0:0).

Matç formal xarakter daşısa da, "Qarabağ” qrup sonuncusu olmamaq üçün səy göstərməlidi. Hazırda Ağdam komandası "Vorskla” ilə eyni – 3 xala malik olsa da, ukraynalılar top fərqinə görə öndədilər. Poltava təmsilçisi 4 top vurub, 6 qol buraxdığı halda, Azərbaycan çempionu qapısında 12 qol görüb və cəmi 2 dəfə fərqlənib.

Avropa Liqası
E qrupu
13 dekabr

00:00. Arsenal - Qarabağ
Baş hakim: Yens Moe.
Yan xətt hakimləri: Lars Hummelqor, Heyne Serensen.
Əlavə köməkçilər: Yorgen Burxardt, Morten Kroq.
Dördüncü hakim: Esper Dal (hakimlər briqadası Danimarkadandır).
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Styrbjörn Oskarsson (Finlandiya)
London. "Emireyts” stadionu

00:00. Sportinq - Vorskla

Arsenal - 13, Sportinq - 10, Vorskla - 3, Qarabağ - 3.



Xəbər 1597 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +