Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


13.04.2018  13:11 

DİQQƏT - Bu yoldan Bakıya giriş tam bağlanır





A+  A-

Builki Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı Azneft dairəsində hərəkət məhdudlaşdırılıb. 23-dən may ayının 1-nə kimi isə dairəyə giriş tam bağlanacaq.
Dairədə tamaşaçılar üçün tribunanın yaradılması burada avtomobillərin hərəkət hissəsinin daraldılmasına səbəb olub. Bəs hazırda sürücülər hansı alternativ yollardan istifadə edə bilər?

XəzərNews.az-ın məlumatına görə, “Qafqazinfo”nun sualını cavablandıran Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yarışlarla əlaqədar Azneft kimi tanınmış dairədə avtomobillərin hərəkət istiqamətində müəyyən dəyişikliklər edilir:

“Yəni, dairə kimi tanınan ərazi tamaşaçıların seyr etməsi üçün nəzərdə tutulan sahənin düzəldilməsi ilə bağlı daralıb. Neftçilər prospekti, Azneft dairəsindən istifadə edən sürücülərə bildiririk ki, Bayıl “20-ci sahə” və oraya aid digər ərazilərdən bu istiqamətə gələnlər unutmasınlar ki, dairədə hərəkət məhdudlaşdırıldığından hərəkət istiqaməti yalnız düzünə, Neftçilər prospekti ilə Azadlıq istiqamətində nəzərdə tutulub.

Eyni zamanda, Niyazi küçəsindən Azneft dairəsinə yaxınlaşanlar isə Bayraq Meydanı istiqamətində və yaxud sola, Neftçilər prospekti istiqamətində hərəkət edə bilər. Həmin ərazi artıq əməkdaşlarımızın nəzarətindədir. Orada xidmət aparılır və keçmə növbəliyi təmin edilir”.

Qeyd edək ki, yarışlarla əlaqədar olaraq Azneft dairəsi aprel ayının 23-dən may ayının 1-nə kimi bağlı olacaq. Artıq bununla bağlı ərazidə xəbərdarlıq lövhələri də yerləşdirilib. V. Əsədov dairə bağlandıqdan sonra istifadə olunacaq alternativ yollar barədə yaxın günlərdə mediaya məlumat veriləcəyini vurğulayıb.

Xəbər 1528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +