Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


31.10.2017  23:54 

“Qoca”nı qaçırmağa cəhd edən Günay əməlini etiraf edib





A+  A-

“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun həbsxanadan qaçmağına kömək etməkdə təqsirləndirilərək həbs edilən Günay Atakişiyeva barəsində detallar məlum olub.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini və evdar qadın olan Günay Atakişiyeva könüllü olaraq “Qoca”nın qaçmağını təşkil edib. O, Nəsimi rayon Məhkəməsində özünü təqsirli bildiyini deyib.

Təxminən 30 yaşlı subay qadın “Qoca”nı əvvəldən tanıdığını deyib. O bildirib ki, bu əməlini pul və ya hər hansı başqa qarşılıq müqabilində yox, sadəcə tanışı Etibara kömək etmək istədiyi üçün edib.

G.Atakişiyeva hazırda “Qoca”nın yerini və harda ola biləcəyini bilmədiyini deyib: “Bizi tutub gətirdilər, o da qaçıb getdi. Sonra da mənimlə əlaqə saxlamayıb”.

G.Atakişiyeva barəsindəki həbs qətimkan tədbiri qərarından apellyasiya şikayəti verməyəcəyini bildirib.
Qeyd edək ki, Günay Atakişiyeva taksi tutaraq “Qoca”nı Qazaxda sərhəddən keçirtməyə cəhd edib. Rayon ərazisində maşınların yoxlanılması zamanı E.Məmmədov düşüb qaçıb, o isə ələ keçib.

Xəbər 1296 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +