Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


26.09.2017  11:57 

Məktəbdən oğurluq edildi - 5 notbuk, 156 stul





A+  A-

Suraxanı rayonunda yerləşən orta məktəblərdən birində müxtəlif vaxtlarda 5 ədəd noutbuk, 1 ədəd kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlanıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

İlkin ifadəsi zamanı A.Kərimov törətdiyi cinayəti etiraf edib və məktəbdən oğurladığı noutbutları, eləcə də digər əşyaları satdığını bildirib.

Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1509 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +