Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


07.08.2017  14:36 

“Belələrinin yeri həbsxanadır” - Qənirə Paşayeva





A+  A-

Qanunlarımızda kiçik yaşlı uşaqlara qarşı cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir.
XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bu gün 9 yaşlı azyaşlının zorlanması ilə bağlı yayılan xəbərə reaksiya verərək feysbuk hesabında yazıb. Onun sözlərinə görə, Milli Məclisin iclasları başlayan kimi ilk çıxış edəcəyi mövzu da məhz bununla bağlı olacaq:

“Yetər artıq! Bu gün bu xəbəri dəhşət içərisində oxudum. Şərəfsizliyin, əxlaqsızlığın ən yüksək nöqtəsidir. Belələrinə insan deməyə dilim gəlmir. 9 yaşlı kiçik bir qıza, baldızının övladına, yəni öz ailəsinin üzvünə qarşı bu cür namussuzluq edən birisi cəmiyyət üçün ən təhlükəli insanlardandır. Ailələr bu cür hadisələr baş verdikdə gizlətməməlidirlər, hüquq-mühafiqə orqanlarına müraciət edib, bu cür insanlıq adına ləkə olanların ağır cəzalanmasına nail olmalıdırlar ki, başqalarına dərs olsun.

Eyni zamanda, bu cür əxlaq sahibinin cəmiyyətdə rahat dolaşması mütləq başqa birisinin də övladını və ya övladlarını böyük təhlükə qarşısında qoya bilər. Belələrinin yeri həbsxanadır, cəmiyyətdən təcriddir və məncə bundan da sərt cəzaları haqq edirlər. Millət vəkili F. Mustafanın bununla bağlı mətbuatda səslənən təkliflərini də dəstəkləyirəm. Gör insanı psixoloji olaraq hansı vəziyyətə gətirirlər ki ən ağır, ən sərt cəzaları dəstəkləyirik”.

Xəbər 1923 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +