Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


10.07.2017  18:52 

Milyonlarla qurğu təhlükə altındadır





A+  A-

Kompüter təhlükəsizliyi üzrə mütəxəssis Nitay Artenşteyn “iOS” və “Android” sistemləri ilə işləyən qurğularda istifadəçidən xəbərsiz ixtiyari kodu yerinə yetirməyə imkan verən “Broadpwn” adlandırılmış təhlükəli boşluq aşkar edib.
XəzərNews.az ICTnews-a istinadən xəbər verir ki, problem smartfonlara qurulmuş “Broadcom” şirkətinin “Wi-Fi” çipləri ilə bağlıdır.

Artenşteyn artıq bu barədə “Google” şirkətini xəbərdar edib və şirkət 5 iyul tarixində “Android” sistemi üçün müntəzəm yeniləmələr çərçivəsində düzəliş çıxarıb.

Ekspertin sözlərinə görə, aşkarlanmış problem simsiz rabitə üçün “Broadcom BCM43xx” seriyasına məxsus çiplərdən istifadə edən milyonlarla “Android” və “iOS” sistemli qurğuları təhlükə altında qoyur. Artenşteyn boşluq haqda bütün təfərrüatları açıqlamayıb və avqustda Las-Veqasda keçiriləcək “Black Hat USA” konfransında “Broadpwn” haqda hesabat təqdim etmək niyyətindədir.

Hücumun uğurla həyata keçirilməsi üçün istifadəçinin iştirakı tələb olunmur: qurbanın zərərverici “Wi-Fi” şəbəkəsinin əhatə zonasında olması kifayətdir.

Xəbər 1234 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +