Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


07.07.2017  11:34 

Azərbaycanda fəaliyyət göstərən 10-dan çox ictimai birlik beynəlxalq ictimaiyyətə müraciət etdi





A+  A-

Azərbaycanda fəaliyyət göstərən 10-dan çox ictimai birlik iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndi ərazisində yaşayan vətəndaşlara qəsdən hücumları nəticəsində Allahverdiyeva Sahibə (1967-ci il təvəllüdlü) və onun 2 yaşlı nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızınin qətlə yetirilməsi, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızının isə ağır bədən xəsarətləri alması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.
XəzərNews.az xəbər verir ki, “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi, “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyi, "Qloballaşan Dünyaya İnteqrasiya" İctimai Birliyi, “İntellekt Araşdırmaları Mərkəzi” İctimai Birliyi, "Gənc Vətənpərvərlər" İctimai Birliyi, “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyi, “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyi, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi, “Aqro Tərəqqi” İctimai Birliyi, “İKT Ölkələri Jurnalistləri Assosiasiyasi” İctimai Birliyi, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi, “Paradiqma İctimai-Siyasi Tədqiqatlar” İctimai Birliyi tərəfindən imzalanan Müraciət Avropa Şurası (thorbjorn.jagland@coe.int), Avropa Şurası Parlament Assambleyası (pedro.agramunt@senado.es), Avropa Komissiyası (johannes.bahrke@ec.europa.eu), komissiyanın prezidenti (president.juncker@ec.europa.eu), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (pm@osce.org), ATƏT-in Parlament Assambleyası, ATƏT PA-nın ofisi (osce@oscepa.dk), ATƏT PA-nın sədri (Christine.muttonen@spoe.at), ATƏT PA-nın vitse-prezidentləri (kent.harstedt@riksdagen.se), (gigitsereteli@gmail.com), (icsantos@ps.parlamento.pt), (bownessp@parliament.uk), (roberto@oscepa.dk), NATO Baş Ofisi (natodoc@hq.nato.int) və NATO Parlament Assambleyasına (press@nato-pa.int) ünvanlanıb.
Müraciətdə bildirilir ki, erməni silahlı qüvvələrinin bu təxribatlarının nəticəsi olaraq, dinc əhaliyə atəş açılması və 2 yaşlı uşağın qətlə yetirilməsi, həmçinin, başqa mülki şəxslərin yaralanması və mülki obyektlərin zərər çəkməsi terror aktıdır, beynəlxalq konvensiya və qanunlarla yolverilməzdir: “Biz, beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunda həmsədr ölkələri, BMT-ni təcavüzkar erməni silahlı qüvvələrinə qarşı konkret addımlar atmağa, habelə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun sərt sanksiyalar tətbiq etməyə çağırırıq”.
Müraciətdə qeyd olunur ki, Azərbaycanın mülki əhalisinə qarşı bu cür hücumları həyata keçirən Ermənistan ordusu Cenevrə Konvensiyalarının müddəalarını açıq şəkildə pozub.
Müraciətdə Ermənistanın uzun illərdir Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi, dinc əhalinin, o cümlədən qocaların, qadınların, körpə uşaqların qətlə yetirdiyi diqqətə çatdırılır, münaqişəyə dünya birliyi tərəfindən daha çox diqqət ayrılmasının, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsinin vacibliyi bildirilir.

Xəbər 1332 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +