Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


06.07.2017  14:27 

“Açıq deyəcəm, biz artıq yorulmuşuq” - Səfir Zəhradan danışdı





A+  A-

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Alxanlıda baş verənlərlə bağlı danışıb.
XəzərNews.az xəbər verir ki, səfir dünya ictimaiyyətini baş verənlərə laqeyd qalmamağa səsləyib:

“Bu, mülki vətəndaşların öldüyü ilk belə hadisə deyil. Ən pisi isə ondur ki, uşaqlar ölür. Vaxt vardı xüsusi bomba yerləşdirilən oyuncaqlar çayla axıdılırdı, bu yolla neçə-neçə azərbaycanlı uşaqlar ölmüşdü. Təəssüf ki, o zaman dünya ictimaiyyətindən qarşı tərəfin ünvanına ittihamlar eşitmədik. Ümid edirik ki, bugünki hadisə onların diqqətini çəkəcək.

İki yaşlı Zəhra öldü ki, dünya ictimaiyyəti başa münaqişənin başa çatdırılmalı olduğunu başa düşsün. Münaqişə beynəlxalq hüquq çərçivəsində bitməlidir. Dinc vətəndaşlar ölür, uşaqlar ölür, dünya buna necə biganə yanaşır?

Kimin aqressor kimin qurban olduğu aydındır. Bəllidir, kim nə istəyir və bunu hansı yolla əldə etmək istəyir.

Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, münaqişənin sülh yolu ilə həllinə sadiqik. Lakin münaqişə həll olunmur. Hamımız şahidik ki, Azərbaycan xalqı çox səbirlidir. Lakin açıq deyəcəm, artıq 70 yaşı olan mənim nəslimin nümayəndələri yorulublar. Biz bu məsələnin həll olunmasını istəyirik”.

Xəbər 1117 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +