Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


12.10.2021  16:51 

Saakaşvilinin telefonla danışmağına qadağa qoyuldu





A+  A-

“Rustavi həbsxanasında saxlanılan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili telefon danışığı hüququndan məhrum edilib”.

XəzərNews.az xəbər verir ki, bunu Mixail Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili müvəkkili ilə görüşündən sonra deyib.

Vəkilin sözlərinə görə, bu yaxınlarda Baş Prokurorluğun Saakaşvilinin zəng etmək hüququnu məhdudlaşdıran qərarı ilə tanış olublar.

D. Sadzaqlişvili qeyd edir ki, sabiq Prezidentin zəng etməyi qadağan edən sənəddə əslində heç nə yazılmayıb. Bildirilir ki, burada yalnızca belə bir ifadə səslənir ki, guya Saakaşvili onun barəsində başlanılan cinayət işinə aid olan şahidlərə təzyiq göstərə bilər: “Bu isə tamamilə absurddur. Əslində isə rəhbərlik istəyir ki, Mixail Saakaşvili ətrafdan tam təcrid olunsun”.

Siyasətçinin digər vəkili Beka Basiliya da prokurorluğun qərarını absurd adlandırıb. Onun sözlərinə görə, Saakaşvili azadlıqda olduqda, Ukraynada yüksək vəzifələrə sahib olduqda kiməsə zəng etmək istəsə, o zaman edərdi: “Kimsə Mişanın istintaq zamanı ittiham şahidləri ilə əlaqə saxladığını eşidib? Bu, absurddur”.

Xatırladaq ki, oktyabrın 1-də səkkiz ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili elə həmin gün saxlanılıb. O, saxlanıldığı gün aclıq aksiyasına başlayıb.

Xəbər 2447 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +