Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


18.05.2017  13:16 

Kabel şəbəkəsi yayımçıları qanun layihəsinə etiraz etdi





A+  A-

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ilə bağlı mübahisəli məsələlərə aydınlıq gətirilib.

Qanun layihəsi barədə komitə sədri Rafael Hüseynov məlumat verib.
Komitə sədri deyib ki, bəzi kabel şəbəkəsi yayımçıları “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13.4-cü maddəsinə iradlarını bildiriblər. O, bu məsələyə aydınlıq gətirib.

“Həmin maddədə qeyd olunub ki, xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Kabel şəbəkəsi yayımçıları bildirirlər ki, həmin reklamları çıxarmaq mümkün deyil, yəni, buna texniki imkanları yoxdur. Bu maddəyə dəyişiklik etmək olmaz, çünki bu, qanunun mahiyyətini ortaya qoyur. Kabel şəbəkəsi yayımçıları bunu nəzərə almalıdırlar. Bu həm milli adət-ənənələrə zidd reklamların qarşısını almağa, həm də Azərbaycanın yerli reklam bazarının dirçəldilməsinə xidmət edir”.

Deputat bildirib ki, qanun layihəsi ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovla da müzakirələr aparılıb:

“Hesab edirəm ki, bəzi texniki dəyişikliklər istisna olmaqla, layihə mükəmməl hazırlanıb”. Qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 931 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +