Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


25.02.2017  21:24 

Yuxu dərmanları orqanizmə ziyan vura bilər





A+  A-

Kanadalı alimlər yuxusuzluğu müalicə edən preparatlardan müntəzəm istifadənin zərərli olduğunu bildirirlər.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, yuxu dərmanlarının tərkibindəki aktiv maddələrin dozası çox vaxt artıq olduğuna görə sağlamlıq üçün böyük təhlükə törədir.

Ekspertlər 16 məşhur markaya məxsus 31 dərmanın tərkibini araşdırarkən müəyyən ediblər ki, onların çoxu istehsalçıların iddia etdiyi kimi, heç də qida əlavəsi deyildir. Bundan əlavə, bu preparatların tərkibində ağır maddələr tapılıb.

Tədqiq olunan preparatların 71 faizində melatonin dozası aşkarlanıb. Bununla yanaşı, bəzi preparatlarda yuxu hormonunun miqdarı 83 faiz az, digərlərində isə 47 faiz çox olub.

Alimlər onu da müəyyən ediblər ki, bəzi yuxu dərmanlarının tərkibində serotin var. Bu iki maddənin dozasının çox olması orqanizmdə ağır fəsadlar törədir. Məsələn, ürəyin fəaliyyətinin pozulması nəticəsində qızdırma, bayılma və hətta ölüm halları baş verə bilər.

Xəbər 4402 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +